Səhifə yarımlıq bir məktub 2,9 milyon dollara satıldı

5-12-2018, 20:10
409
Səhifə yarımlıq bir məktub 2,9 milyon dollara satıldı

Albert Eynşteyn: "Tanrı” sözü insanların zəifliyinin ifadəsidir”

Böyük alman fiziki Albert Eyşteynin "Tanrı məktubu” olaraq adlandırılan 1,5 səhifəlik məktubu 2,9 milyon dollara satılıb.

Eynşteynin 74 yaşında 1954-cü ildə qələmə aldığı və fəlsəfəçi Erik Qutkində xitabən yazdığı məktubda Tanrı, eləcə də İncillə bağlı düşüncələri yer alıb.

Eynşteyn məlum məktubuna qeyd edir ki, "Tanrı” sözü insanların zəifliyinin bir ifadəsi və məhsulu olmağın xaricində heç bir şey ifadə etmir. İncil isə müqəddəsdir, amma yenə də nisbətən ibtidai əfsanələrin bir nümunəsidir”.

Məktubunda yəhudi xalqına mənsubluğundan məmnun olduğunu bildirən Eynşetyn, yəhudi inancının da digər inanclar kimi ibtidai inancların vücud tapmış halı olduğunu bildirib. (Moderator.az)

скачать dle 10.6фильмы бесплатно