Ağdam təhsilində “qara qızıl kapitalını insan kapitalına çevirmək” prinsipi

13-03-2019, 12:50
337
Ağdam təhsilində “qara qızıl kapitalını insan kapitalına çevirmək” prinsipi

Bu gün regionların inkişafına dair Dövlət Proqramına uyğun olaraq ölkəmizin bütün bölgələrində həyatın inkişaf tempi diqqəti çəkir. Təbii ki, bu sürəti, bu inkişafı cəbhə xəttindən uzaq ərazilərimizdə izləmək, müşahidə etmək çox asandır. Çünki barıt qoxusundan, top-tüfəng səsindən uzaq bölgələrimizdə həyat daha planlı şəkildə qurulur və hər kəs məhz o bəlli proqrama uyğun olaraq öz üzərinə düşən işi yerinə yetirir. Təəssüf ki, cəbhəyanı rayonlarımızda, döyüş bölgələrində vəziyyət daha fərqlidi. Bu da ilk öncə məhz vurğuladığım kimi, müharibə ilə, düşmənin tez-tez atəşkəsi pozması ilə, qəfil partlayan minalarla, mərmilərlə bağlıdır. Yəni cəbhə bölgəsində hər an, hər bir addımda namərd gülləyə tuş gəlmək mümkündür.

Və çox nümunəvidir ki, bu gün Ağdam təhsilində “qara qızıl kapitalını insan kapitalına çevirmək” prinsipi uğurla icra olunur. Çətin şəraitdə belə.

Regionxebertv.com bildirir ki, hazırda rayonda Təhsilin inkişafı üçün vacib amillərdən biri olan maddi-texniki bazanın gücləndirilməsi istiqamətində mühüm işlər görülmüşdür.

Ağdam Təhsil Şöbəsinin rəhbəri Mətanət Misirxanova haqda danışmaq vacibdir. Azərbaycan dövlətinin cəmiyyətin gələcəyi və inkişafının əsas meyarı sayılan təhsilə verdiyi böyük önəmin göstəricisidir. Həyata keçirilən bu kompleks tədbirlər çərçivəsində bu gün özünün çiçəklənmə dövrünü yaşayan Ağdam təhsili də ölkə boyunca aparılan uğurlu islahatlara özünün töhfələrini verməkdədir. Bu isə Ağdam Təhsil Şöbəsinin müdiri, illərdir ki, şərəfli ömrünü təhsilin inkişafı üçün sərf edən Mətanət xanımın yorulmaz fəaliyyətinin nəticəsidir.

Böyük ənənələri olan Ağdam təhsilini təmsil edən peşəkar pedoqoqların mövcudluğu isə bu rayondakı təhsil göstəriciləri haqda ümumi rəy formalaşdırmağa kifayət edir.

Tədris ili ərzində qarşıda duran əsas vəzifələrdən biri məktəblərdə tədrisin səviyyəsini yüksəltmək olmuşdur. Bununla əlaqədar rayon ümumtəhsil məktəbləri arasında bilik yarışları təşkil edilmiş, bu yarışlara valideynlər də dəvət edilmişdir. Şagirdlər bu yarışlara çox həvəslə, məsuliyyətlə hazırlaşmışlar. 

Düzdür, bütün bu görülən işlərin üstünə kölgə salmaq istəyənlər var.

Bir müddət əvvəl mediada həm Mətanət Misirxanova, həm də məktəb direktorlarından biri- 23 saylı Ağdam tam orta məktəbinin direktoru Sevinc Ələkbərova haqda yanlış informasiyalar dolaşdı.

Bu haqda bircə şeyi deyək.

Məlum olduğu kimi, internet məkanındakı azadlıq və özbaşınalıq əksər hallarda mənfi fəsadlara gətirib çıxarır. Hər hansı bir ictimai və ya dövlət əhəmiyyətli hadisə zamanı şayiələr, dezinformasiyalar, məqsədli təxribat cəhdləri baş alıb gedir və bəzi qüvvələr ajiotaj yaratmağa çalışırlar. Nəticədə cəmiyyət yalan informasiya ilə yüklənir, sosial narazılıq yaranır, dövlət orqanlarına qarşı haqsız qınaqlar formalaşır. 

Bundan başqa, bu xəbərlərin yalan olduğu ortaya çıxandan sonra cəmiyyətdə mediaya inam da itir. Halbuki, ənənəvi ciddi media belə biabırçılığa yol vermir, yoxlanmamış, təsdiqlənməmiş informasiya yaymır. Lakin oxucuların çoxu ciddi media ilə sosial şəbəkə səhifələrini ayırd edə bilmir və hamısına media kimi baxır. Problem ondadır ki, bizdə media deyəndə bunlar hamısı birlikdə götürülür. Oxucuların əksəriyyəti ciddi media ilə sosial şəbəkə səhifələrini seçə bilmir. Nəticədə, qurunun oduna yaş da yanır.

Bəzən saytlara yanlış informasiya qəsdən ötürülür, özü də müxtəlif mənbələrlə. Sonradan aydın olur ki, bu qərəzli şəkildə edilib. 

Qeyd edək ki, 23 saylı məktəb Yevlax rayonunda yerləşir.  Sevinc Ələkbərova təcrübəli pedaqoq, səmimi insan, dövlətini sevən, işini sevən bir müəllimədir.

Məktəbdə təlim-tərbiyə işləri yüksək səviyyədədir.  Sevinc xanım deyir ki, Rayon Təhsil Şöbəsi tərəfindən rayonda təhsilin inkişaf etdirilməsi sahəsində görülən işlər, əldə olunan uğurlar bizi arxayınlaşdırmır. Əksinə rayonun təhsil işçiləri ulu öndərimiz Heydər Əliyevin ideyalarını həyata keçirən hörmətli Prezidentimiz İlham Əliyev cənablarının ətrafında daha sıx birləşməklə «Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası»nın qarşımıza qoyduğu mühüm vəzifələri layiqincə yerinə yetirməyə çalışacaqlar”. Bu işdə onlara uğur diləyirik.

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti