"Bir ildən çoxdur ki, heç yerə addım atmıram"

6-02-2021, 12:07
18
"Bir ildən çoxdur ki, heç yerə addım atmıram"
Akademik Milli Dram Teatrının aparıcı aktrisası, Xalq artisti Laləzar Mustafayeva uzun müddətdir nə efirlərdə görünür, nə də saytlara müsahibə verir.
 
Aktrisa bunun səbəblərindən danışıb.
 
“Pandemiyaya görə daha çox görünmürəm. Bundan əlavə təzyiqim də yüksəkdir, bronxlarımda problemlərim var, möhkəm allergikəm. Sözün düzü özümü bir qədər bu yayılan xəstəliklərdən qoruyuram. Mikrofonlara yaxın durmuram, çox insanın olduğu yerə getmirəm. Bir ildən çoxdur ki, heç yerə addım atmıram. Bir iki dəfə sadəcə həyətə çıxıb, tez evə qayıtmışam. Qorunmağım yaxşıdır da, nəinki xəstəliklə mübarizə aparmaq” deyə aktrisa bildirib.
 
Xalq artisti daha sonra əlavə edib.
 
“Pandemiyadan öncə də hər televiziya verilişinə qatılmırdım. Təbii ki, dəvət aldığım verilişləri seçirəm, sənət haqqında olan söhbətlərdə, televiziya verilişlərində özümü görürəm. Biz sənətçilər indi həm də teatrsız qalmışıq, darıxırıq. 35 ilə yaxındır ki, teatrda çalışıram,  elə bir günüm olmayıb ki, hansısa axşam tamaşada oynamayım, işsiz qalım. Tamaşam olan günü mən bütün fikrimi ona yönəldirdim, o günü heç bir işlə məşğul olmurdum. Teatrda işləmək həm məsuliyyətlidir, həm də qürurverici. İnşallah ki, pandemiya tezliklə bitər və tamaşaçılarımızla yenidən görüşərik” deyə Xalq artisti bildirib.
скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti