Bakıda qatar avtobusla toqquşdu: ölən var - YENİLƏNİB + VİDEO

1-10-2018, 15:57
196
Bakıda qatar avtobusla toqquşdu: ölən var - YENİLƏNİB + VİDEO

Bakıda baş verən ağır qəzada yaralananların sayı artıb.

Səhiyyə Nazirliyindən Oxu.Az-a bildirilib ki, hadisə nəticəsində 20 nəfər xəsarət alıb.

Onlardan onu kişi, yeddisi qadın, üçü isə uşaqdır. Hadisə nəticəsində dünyasını dəyişən azyaşlı oğlandır.

15:13

Bakının Binə qəsəbəsində 160 nömrəli marşrut avtobusu yük qatarı ilə toqquşub.

Səhiyyə Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, hadisə yerinə 10 təcili tibbi yardım briqadası cəlb edilib.

Səkkiz yaralı Sabunçuda yerləşən 3 saylı şəhər klinik xəstəxanasına aparılır.

Yaralılardan biri xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

14:56

Bakının Binə qəsəbəsində 160 nömrəli marşrut avtobusu yük qatarı ilə toqquşub.

Hadisə şahidlərinin Oxu.Az-a verdiyi məlumata görə, qəza nəticəsində qatarın teplovozu yoldan çıxıb, avtobus sərnişinləri arasında yaralananlar var.

Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova Oxu.Az-a açıqlamasında bildirib ki, hadisə Xəzər rayonu Binə qəsəbəsində baş verib:

"14.35 radələrində 160 saylı marşrut avtobusu həmin ərazidəki qorunan dəmiryolu keçidində yük qatarı ilə toqquşub. İlkin məlumata görə, xəsarət alanlar var. Hadisə ilə bağlı araşdırma aparılır”.

Xəbər yenilənəcək.

 
скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti