Salyanda orta yaşlı piyadanı maşın vurub

14-11-2018, 23:20
268
Salyanda orta yaşlı piyadanı maşın vurub

Axşam saatlarında Salyan rayonunun Yenikənd kəndində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report”un Aran bürosu xəbər verir ki, 1979-cu il təvəllüdlü kənd sakini Əsədov Məqsəd Əlimeydan oğlu yolu keçmək istəyən zaman onu "QAZ-24” markalı avtombil vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan M.Əsədov Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti