Bərdədə 13 yaşlı məktəbli qızı avtomobili vurub

13-12-2018, 01:04
309
Bərdədə 13 yaşlı məktəbli qızı avtomobili vurub
Bərdə rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Ölkə.Az" report-a istinadən məlumat verir ki, rayonun Bakı küçəsində yerli sakin Şamxal Abdullayevin idarə etdiyi "Hyundai" markalı avtomobil yolu keçmək istəyən rayon sakini, 2005-ci il təvəllüdlü Əliyeva Şölə Elçin qızını vurub.

Müxtəlif bədən xəsarətləri alan piyada qəza törədən sürücü tərəfindən xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, 13 yaşlı Ş.Əliyeva 7 sinif şagirdidir. Hadisə o, hazırlıqdan çıxıb evə gedərkən baş verib.

Faktla bağlı rayon Polis şöbəsində araşdırma aparılır.

 

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti