Jurnalistlər deputatlar və məmurlarla futbol oynayacaq

21-12-2018, 23:24
308
Jurnalistlər deputatlar və məmurlarla futbol oynayacaq
Dekabrın 24-də Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri, Milli Məclisin deputatları və Parlament Jurnalistləri Birliyinin (PJB) üzvləri arasında futbol yarışı keçiriləcək.

"Ölkə.Az" xəbər verir ki, Dövlət Komitəsinin əməkdaşları ilə ilk dəfə keçirilən yoldaşlıq oyunu dekabrın 24-ü saat 12:00-da keçmiş “Şəfa” stadionunda baş tutacaq.

Görüşü idman ictimaiyyətinin tanınmış simalarının izləyəcəyi gözlənilir.

Qeyd edək ki, ötən il dekabrın 23-də Tofiq Bəhramov adına Respublika stadionunda Milli Məclisin üzvləri ilə parlament jurnalistləri arasında futbol üzrə yoldaşlıq oyunu keçirilmişdi. FİFA dərəcəli hakim Orxan Məmmədovun idarə etdiyi görüş 3:2 hesabı ilə deputatların xeyrinə başa çatmışdı.

Keçən il yoldaşlıq oyunu “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov, veteran futbolçular İsgəndər Cavadov, Səməd Qurbanov, Oqtay Abdullayev, Asim Xudiyev və başqaları tərəfindən izlənilib.

 

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti