Gəncə bazarında 28 yaşlı gənc bıçaqlanıb

24-12-2018, 12:54
341
Gəncə bazarında 28 yaşlı gənc bıçaqlanıb

Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində yerləşən bazarda qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü Miriyev Nicad Ədalət oğlu hələ ki, məlum olmayan səbəblərdən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib və əməliyyat olunub. Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.

Onun kim tərəfindən və hansı səbəbdən bıçaqlandığı polis tərəfindən araşdırılır.

 

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti