Penitensiar xidmət dustaqların daşınmasını təxirə salmadı

16-01-2019, 17:11
299
Penitensiar xidmət dustaqların daşınmasını təxirə salmadı

Yanvar ayının 17-də Azərbaycanda gözlənilən ifrat təhlükəli hidrometreoloji hadisənin baş verməsi ilə bağlı bir çox qurumlar xəbərdarlıq yayaraq, təhlükəli hesab ediləcək ərazilərdə işlərin təxirə salınması ilə bağlı məlumat yayır.

Diqqətə alınmalı məqamlardan biri də sabah keçiriləcək məhkəmələrə məhbusların daşınması məsələsidir. Hər hansı qəza və digər neqativ halların baş verməməsi üçün proseslər təxirə salına bilərmi?

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin mətbuat katibi Mehman Sadıqov Musavat.com-a açıqlamasında bildirdi ki, hər hansı proses təxirə salınmayacaq: “İstər hava şəraiti, istərsə də digər məsələlərlə bağlı biz həmişə ehtiyat tədbirləri həyata keçiririk. Hava şəraiti ilə bağlı isə hər hansı problemin yaranacağını gözləmirik. Bütün tədbirlər görülüb, təxirə salma olmayacaq”.

 

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti