Maşın piyadanı piyada keçidində vurdu

19-01-2019, 20:37
308
Maşın piyadanı piyada keçidində vurdu
Səbail rayonunda piyadanı maşın vurub.

“Ölkə.Az” xəbər verir ki,hadisə Səbail rayonu ərazisində baş verib. Rayonunun Parlament prospektində Bakı şəhər sakini Sabir Talıblı idarə etdiyi “Mazda” markalı avtomobillə piyada keçidindən yolu keçən Cəbrayıl rayon sakini Lalə Sadayzadəni vurub. 

Yaralı aldığı ağır bədən xəsarətlərindən elə hadisə yerindəcə dünyasını dəyişib. Hadisəni törədən sürücü polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Səbail RPİ tərəfindən araşdırma aparılır.

 

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti