Bakıda sərnişin avtobusu can aldı

26-01-2019, 12:46
126
Bakıda sərnişin avtobusu can aldı
Piyada hadisədən 5 gün sonra xəstəxanada ölüb.

“Ölkə.Az” xəbər verir ki,Yanvarın 20-də saat 20 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində qəsəbə sakini Məhərrəm Mailov idarə etdiyi “Daewoo” markalı xətt avtobusu ilə yolu keçən Bakı şəhər sakini Ravil Əliyevi vurub.

Xəstəxanaya yerləşdirilmiş R.Əliyev yanvarın 25-də xəstəxanada dünyasını dəyişib. Faktla bağlı Sabunçu RPİ tərəfindən araşdırmalar aparılır.

 

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti