Bakıda 55 yaşlı piyada vuruldu

18-02-2019, 19:53
82
Bakıda 55 yaşlı piyada vuruldu

Bakıda avtomobil yaşlı kişini vurub.

Hadisə Xətai rayonu, Nobel prospektində qeydə alınıb. 1964-cü il təvəllüdlü Canıyev Elşən Züfüqar oğlu “Hyundai” markalı avtomobil tərəfindən vurulub.

Ətrafdakı şəxslərin və yol polisi əməkdaşlarının köməyi ilə hadisə yerinə təcili tibbi yardım maşını çağırılıb. Müxtəlif xəsarətlər alan şəxs 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, E.Canıyev saat 16:00 radələrində xəstəxanaya gətirilib. Onun sağ diz qapağı sındığından dərhal ayağı gipsə qoyulub. Vəziyyəti yaxşılaşan şəxs evdə müalicə almaq istədiyindən ambulator yola salınıb. (Trend.az)

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti