“Art Tover” rəsm qalereyasında növbəti sərgi Xocalı qurbanlarının xatirəsinə həsr olunub

26-02-2019, 12:02
266
“Art Tover” rəsm qalereyasında növbəti sərgi Xocalı qurbanlarının xatirəsinə həsr olunub

Fevralın 26-da İçərişəhərdə yerləşən “Art Tover” rəsm qalereyasında Xocalı soyqırımının 27-ci ildönümü münasibətilə rəsm sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, sərgidə azərbaycanlı rəssam Nazim Məmmədov və fransalı rəssam Reno Baltzingerin əsərləri nümayiş olunur.

Sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyası və “Arts Council Azerbaijan”nın birgə təşkilatçılığı ilə reallaşıb.

Sərgi martın 2-dək davam edəcək.

 

 

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti