Mehman Hüseynovun azad olunacağı dəqiq tarix AÇIQLANDI

27-02-2019, 20:27
173
Mehman Hüseynovun azad olunacağı dəqiq tarix AÇIQLANDI

Hazırda həbsdə olan, blogger Mehman Hüseynovun azadlığa çıxacağı dəqiq gün məlum olub.

"Konstitusiya” Araşdırmalar Fondunun Prezidenti, Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib ki, Mehman Hüseynov martın 2-də azad olunacaq: "Onun cəza müddəti martın 2-də bitir və M.Hüseynov həmin gün axşam saat 18:00-a qədər azadlığa buraxılacaq”.

Əliməmməd Nuriyev bildirib ki, Mehman Hüseynovun səhhətində hər hansı problem yoxdur: "Bu məsələ bitib. Onunla bağlı hər hansı problem qalmayıb və martın 2-si o azadlığa çıxacaq".

O həmçinin deyib ki, müraciət edərsə, Mehman Hüseynovu qarşılaya bilərik./azxeber.com/

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti