Zaqatalada avtomobil ağaca çırpıldı: ölən var

13-04-2019, 13:17
117
Zaqatalada avtomobil ağaca çırpıldı: ölən var

Ötən gün gecə saatlarında Zaqatala rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Kəpənəkçi-Qandax avtomobil yolunda qeydə alınıb.

Kəpənəkçi kənd sakini Ramil Mehdiyev idarə etdiyi “VAZ 21011” markalı minik avtomobilinin idarəetməsini itirərək onu yolun kənarındakı ağaca çırpıb. 

Sürücü R.Mehdiyev hadisə yerində ölüb. Avtomobildə olan sərnişinlər - Ramin Kərimov və Camal Hacıyev aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. 

Yaralıların vəziyyəti orta-ağırdır. 

Bildirilir ki, qəzaya düşən şəxslər sərxoş vəziyyətdə olublar.

Faktla bağlı araşdırma aparılır. (oxu.az)

 

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti