Şəmkirin Çinarlı kəndində ekoloji problemlər tüğyan edir -ŞOK FAKTLAR

17-04-2019, 14:38
544
Şəmkirin Çinarlı kəndində ekoloji problemlər tüğyan edir -ŞOK FAKTLAR

Şəmkirin Çinarlı kəndində ekoloji problemlər tüğyan edir -ŞOK FAKTLAR

 

Şəmkirin Çinarlı kəndində ekoloji problemlər tüğyan edir -ŞOK FAKTLAR

 

Şəmkirin Çinarlı kəndində ekoloji problemlər tüğyan edir -ŞOK FAKTLAR

 

Son prezident seçkisindən sonra ölkə rəhbəri cənab İlham Əliyev bir neçə yüksək çinli vəzifə sahibini  daşıdıqları vəzifələrindən uzaqlaşdırdı. Həmin şəxslərdən biri də, sabiq ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov oldu. Sözsüz ki, atılan addımlarla bağlı bir çox səbəbləri olur ki, zamanında ölkə rəhbəri tərəfindən belə bir qərarlar verilir. Onu da unutmaq olmaz ki, sabiq nazirin zamanında ən çox problemlərin yaşandığı sahələrdən biri də, ölkəmizin ekologiya sahəsi idi. Bu sahədə hökm sürən inhisarçılıq, vəzifə sahibi olan hər kəsin gündəlik artan maraqları və s. ekologiya sahəsini, sanki “bataqlıq burulğanı”nda boğurdu. İstər meşə təsərrüfatı, istərsə də ətraf mühitlə bağlı problemlər elə bir həddə tüğyan edirdi ki, artıq vəziyyət dözülməz duruma düşmüşdü. Sevindirici hal o oldu ki, Muxtar Babayev adı çəkilən nazirliyə rəhbər təyin olunduqdan sonra, bu sahədə xeyli dönüş yaradıldı. Çünki, çox keçmədi ki, meşə zolaqlarının qanunsuz yollarla məhv edilməsinin, çöl heyvanlarının, çöl quşlarının hansısa maraqlar çərçivəsində ovlanmasının və digər qanunsuzluq hallarının qarşısı alındı. Bundan əlavə, dağ yamaclarından, çay vadilərindən və digər yerlərdən lazımi sənəd-sübut olmadan istifadə edən şəxslərə qarşı da ciddi cəza tədbirləri görüldü. Belə bir addımların atılmasına baxmayaraq, bu gün ölkəmizin elə əraziləri var ki, həmin yerlərdə kimlərsə şəxsi maraqlarını təmin etmək üçün, düşünüb-daşındıqları addımlarını atmaqdadırlatr. Belə şəxslərdən biri də, Şəmkir rayonunun Çinarlı kəndində qum-çınqıl istehsalı ilə məşğul olan Tahir adlı şəxsdir. Adı çəkilən şəxsin fəaliyyəti haqda bir qədər araşdırmalar apararkən, o da bəlli oldu ki, bu şəxs qum-çınqıl istehsal edən müəssisəni həyat yoldaşı Kübra (ad şərtidir) xanımın adına sənədləşdirib. Düzdür, rəsmi sənədlərdə müəssisə adı çəkilən xanımın adına rəsmləşdirilsə də, əslində müəssisəni onun özü işlətməkdədir. Tərəfimizdən daha bir araşdırmalar apardıqda o da bəlli oldu ki, müəssisədə çalışan işçilərlə rəhbərlik arasında heç bir əmək müqaviləsi sənədi imzalanmayıb. Müəssisədə texniki təhlükəsizlik qaydalarının şərtlərinə də lazımınca əməl olunmur. Hətta, təqribən belə bir məlumat da əldə etmişik ki, müəssisəyə aid sənədlər heç də qaydasında deyil. Bu da onu söyləməyə əsas verir ki, Tahir adlı şəxsin rəhbərlik etdiyi müəssisənin fəaliyyəti qanuni əsaslara söykənmir. Yəni, çay vadilərindən, dağ yamaclarından bu müəssisəyə daşınan qum və iri çınqıl daş parçaları, birbaşa ekoloji problemlər əmələ gəlməsinə səbəb olur.

  Onu da qeyd edək ki, əgər bu şəxsin fəaliyyəti ilə bağlı geniş yoxlama işləri aparılarsa, o zaman həddi-hüdudu bilinməyən qanunsuzluqları aşkara çıxartmaq mümkün olar. Məsələnin təəssüf doğuran tərəfi odur ki, bu sahəyə cavabdehlik daşıyan qurumların səlahiyyətli vəzifə sahibləri, hələ də Tahir adlı şəxsin qanunsuzluğa söykənən fəaliyyətinə göz yummaqdadırlar. Belə bir halın varlığı da, həmin müəssisəni işlədən şəxsə geniş “əl-qol açmağa” imkan verir. Onu da unutmaq olmaz ki, deyəsən bu şəxs müəssisəni işlətməyə başladığı ilk günün ilk saatlarından bəzi vəzifə sahibləri ilə “dil tapmağı” bacarıb ki, bu gün o, Çinarlə kəndində “kor atı minib köndələn çapır”.

 Problemlərin varlığını diqqətdə saxlayacağıq. Daha ətraflı növbəti sayımızda.

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti