"Azərişıq": Bakıdakı “Formula-1” yarışları ilə əlaqədar fasiləsiz elektrik enerjisi təchizatı tam təmin olunacaq

23-04-2019, 16:36
128
"Azərişıq": Bakıdakı “Formula-1” yarışları ilə əlaqədar fasiləsiz elektrik enerjisi təchizatı tam təmin olunacaq

“Azərenerji” və ”Azərişıq” tərəfindən 26-28 aprel 2019-cu il tarixlərində Bakıda keçiriləcək növbəti “Formula-1” Azərbaycan Qran-prisi ilə əlaqədar fasiləsiz elektrik enerjisi təchizatı tam təmin olunacaq.

”Azərişıq”dan ONA-ya verilən məlumata görə, bu məqsədlə təşkilatı və texniki tədbirlər görülərək  hər iki ASC-nin Mərkəzi Aparatı və RETSİ-lər üzrə məsul vəzifəli şəxslərdən ibarət növbətçilik təşkil edilib, yarana biləcək qəza hallarının operativ aradan qaldırılması məqsədi ilə xüsusi briqadalar yaradılıb.

Yarışların keçiriləcəyi yerlərin fasiləsiz elektrik enerjisi ilə təchiz olunmasını, habelə baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının alınması üçün zəruri tədbirlər görülüb.

 

Texniki direktorluqlara tabe olan xidmət sahələrində və avtonəqliyyat idarələrində növbətçilik təşkil edilərək, zəruri olan mal-materialların ehtiyatı yaradılıb. Baş vermiş qəzaların nəticələrinin aradan qaldırılması halları istisna olmaqla, yarışların keçirildiyi yerlərdə aparılması planlaşdırılan yenidənqurma və əsaslı təmir-tikinti işləri müvəqqəti olaraq dayandırılıb, elektrik şəbəkələrinin normal rejiminin təmin olunması məqsədilə RETSİ-lər üzrə təşkil edilmiş növbətçilik üzərində nəzarət gücləndirilib.

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti