Bakıda bağlanan yollar nə vaxt açılacaq?

30-04-2019, 10:59
126
Bakıda bağlanan yollar nə vaxt açılacaq?

Sabahdan etibarən Formula 1-ə görə Bakıda bağlanmış bütün yollar açılacaq.

Bu barədə “Yeni Sabah”a Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov məlumat verib. O bildirib ki,  Bakı Halqası kimi tanınan ərazidə qoyulan beton maneələrin ilkin olaraq götürülməsi yolların kəsişmə hissəsində başlanacaq:

“Bu da avtomobillərin hərəkətinin bərpasına hesablanıb. Daha sonra isə hərəkət iştirakçılarına maneə yaratmadan beton maneələr götürüləcək. 30 aprel tarixindən etibarən – axşam ya səhər yollar açılacaq”.

V.Əsədov sürücülərə də xəbərdarlıq edib:

“Sürücüülərdən xahiş edirəm ki, sıxlıq yaşanmaması üçün çalışaq bir həftə ərzində Bakı Halqası kimi tanınan ərazidə şəxsi avtomobillə hərəkət etməyək. O ərazidə əmək fəaliyyəti göstərən, yaşayan, ümumiyyətlə ictimai nəqliyyat vasitələrindən gedib gələnə şərait yaradaq. Bir halda ki, beton maneələrin qoyulması iki ay çəkib, onların sökülməsi də təxminən iki ay çəkəcək. Yəni o ərazidə süni sıxlıq olmaması üçün mütləq bir-birimizi eşitməliyik”.

 

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti