Şirvan sakini yüksək dozada narkotikdən ölüb

3-05-2019, 00:33
152
Şirvan sakini yüksək dozada narkotikdən ölüb

Şirvanda 44 yaşlı kişi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qəbul etməsi nəticəsində ölüb.

ONA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə saat 23:30 radələrində Şirvan şəhəri, Naxçıvan küçəsində baş verib.

Şirvan sakini, 1975-ci il təvəllüdlü Yaqubov Rahim Mürvət oğlu narkotik vasitəni artıq dozada istifadə edərək komatoz vəziyyətə düşüb. Halı pisləşən R.Yaqubov Şirvan şəhər Xəstəxanasına gətirilərkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti