Bir sıra avtobusların hərəkət istiqaməti dəyişdiriləcək – Siyahı

9-05-2019, 23:48
115
Bir sıra avtobusların hərəkət istiqaməti dəyişdiriləcək – Siyahı

10 may Ümummilli lider Heydər Əliyevin xatirəsinin yad edilməsi məqsədilə Parlament prospekti Fəxri Xiyaban istiqamətində, eləcə də digər ətraf küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, bu səbəbdən də hərəkət məhdudlaşdırılan və istiqaməti dəyişdirilən küçə və prospektlərə daxil olan marşrutlar – 3, 6, 18, 29, 31, 39, 53, 77, 96, 205, 206 müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət trayektoriyası da səhər saatlarından tədbir tam başa çatana qədər dəyişdiriləcək.

Sərnişin avtobusları digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə hərəkət edəcək. (Trend.az)

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti