Bəraət almış sabiq prokurorluq əməkdaşı məhkəmə zalında həbs edilib

11-05-2019, 17:51
110
Bəraət almış sabiq prokurorluq əməkdaşı məhkəmə zalında həbs edilib

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Fəxrəddin Alıyevin barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və zərərçəkmişin apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

“Report”un xəbərinə görə, hakim Rəşad Abdullovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya protesti və apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı bəraət hökmü ləğv olunub.

Yeni çıxarılan hökmə görə, F.Alıyev 2 il müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, dələduzluqda təqsirləndirilən F.Alıyev Baş Prokurorluqda idarə prokuroru vəzifəsində çalışıb. İttiham üzrə verilən cinayət əməlini də məhz vəzifədə olarkən törədib.

Sabiq prokuror F.Alıyev barəsində cinayət işinin başlanmasına əsas səbəb İsmayıllı rayonunun Cülyan kənd sakini Hənifə Hüseynovanın Baş Prokuroluğa müraciət etməsi olub.

H.Hüseynova müraciətində mərhum oğlu Valeh Hüseynovun barəsində bir neçə il əvvəl istintaq edilmiş cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi üçün sabiq prokurorluq əməkdaşı F.Alıyev və Gəray Orucova pul verdiyini deyib. H.Hüseynovanın şikayətinə görə, F.Alıyev oğlu V.Hüseynovdan istintaq orqanlarına vermək adı ilə 51 min manat, məhkəməyə verilməsi adı ilə 10 min manat və zərərçəkmişə verilməsi adı ilə 5 min manat pul alıb.

H.Hüseynovanın bu şikayəti Baş Prokurorluqda araşdırılıb və prokuror barəsində cinayət işi başlanılıb.

Bu iş üzrə zərərçəkmiş şəxs V.Hüseynov vəfat etdiyi üçün hüquqi varisi olaraq onun xanımı Kəmalə Hüseynova tanınıb. K.Hüseynova ifadəsində bildirib ki, əri V.Hüseynov 2007-2014-cü illərdə İsmayıllı Rayon İcra Hakimiyyətində Hüquq şöbəsinin müdiri vəzifəsində işləyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Alıyevə bəraət verilib. Hökmdən narazı qalan zərərçəkmiş apellyasiya şikayəti və prokurorluq isə apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsi isə şikayətləri təmin etməyib. Daha sonra həm zərərçəkmiş, həm də prokurorluq Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmənin qərarına əsasən, hökm ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarılıb.

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti