Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı test imtahanında 165 nəfər keçid balı toplayıb

12-05-2019, 20:49
111
Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı test imtahanında 165 nəfər keçid balı toplayıb

Ədliyyə orqanlarında mövcud vakant ştat vahidlərinin peşəkar kadrlarla komplektləşdirilməsi məqsədilə görülən ardıcıl tədbirlər çərçivəsində may ayının 11-də qulluğa qəbulla bağlı növbəti müsabiqə üzrə test imtahanı keçirilib.

Ədliyyə Nazirliyi Mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, Dövlət İmtahan Mərkəzi ilə birlikdə Azərbaycan Texniki Universitetinin idman sarayında keçirilmiş imtahanı aidiyyəti dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri izləyib.

Tədbirin gedişi Ədliyyə Nazirliyinin internet səhifəsi (www.iustice.gov.az) vasitəsilə "on-line" rejimində birbaşa canlı yayımlanıb. "Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi Qaydaları"na əsasən test imtahanında namizədin hüquqi biliklərini, məntiqi nəticələr çıxarmaq qabiliyyətini və ümumi dünyagörüşünü müəyyən etmək üçün verilən test tapşırığı 100 sualdan ibarət olub.

301 namizədin iştirak etdiyi imtahanın nəticələrinə görə 165 nəfər keçid balı toplayaraq müvəffəqiyyət qazanıb (siyahı Ədliyyə Nazirliyinin və DİM-nin (www.dim.gov.az) internet səhifələrində yerləşdirilib).

Ədliyyə Nazirliyi bildirir ki, test imtahanında uğur qazanmış namizədlər müsabiqənin söhbət mərhələsində iştirak etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş sənədlərini 15 gün ərzində, saat 9-dan 18-dək Ədliyyə Nazirliyinin Kadrlar idarəsinə (Bakı şəhəri, İnşaatçılar prospekti 1) təqdim etməlidirlər. Kadr sənədlərinin siyahısını və müvafiq nümunələri Nazirliyin internet səhifəsindən əldə etmək mümkündür.

Xatırladırıq ki, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunla müəyyən edilmiş bütün tələblərə cavab verən namizədlər növbəti mərhələyə buraxılacaq və onlarla fərdi qaydada söhbət aparılacaqdır. Söhbətin keçirilmə vaxtı və yeri barədə namizədlərə məlumat veriləcək.

Əlavə informasiyanı Ədliyyə Nazirliyinin internet səhifəsindən, eləcə də (012) 538-01-62, (012) 538-08-85 nömrəli telefonlar vasitəsilə almaq olar.

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti