Türkiyənin başına 600 min qoyduğu terrorçu məhv edildi

13-05-2019, 20:48
83
Türkiyənin başına 600 min qoyduğu terrorçu məhv edildi

Avtomobillərin üzərində “satılır” sözü yazanların cərimə edilməsi ilə bağlı mətbuatda yayılan məlumatlara Baş Dövlət Yol Polisi İdarəsindən münasibət bildirilib.

İdarənin şöbə rəisi Kamran Əliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, məlumatlar onun adından yayılsa da, o, son bir ildə bu haqda heç bir media qurumuna açıqlama verməyib: “Mən belə bir açıqlama verməmişəm. Ola bilsin ki, 3-4 il əvvəl avtomobillərin üzərinə “Satılır” sözü yazıb piyada səkilərində uzun müddət saxlayan piyadaların hərəkətinə maneə olan sürücülərlə bağlı açıqlamamdan istifadə ediblər. O zaman isə mən maşınların səkidə saxlanmasına görə cərimələnməsi haqda danışmışam.

Kamran ƏliyevKamran Əliyev

Reklam məsələləri “Reklam haqda” qanunla tənzimlənir. “Satılır” sözünə görə heç bir sürücü cərimə olunmur. Ümumiyyətlə, avtomobillərin üzərində olan və onun hansı şirkətə, hansı quruma məxsus olduğunu bildirən adlar, loqolar reklam sayılmır. Yalnız hansısa məhsul avtomobilin üzərində qanunsuz reklam olunarsa, buna görə sürücü cərimə oluna bilər”.

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti