Şəkiyə yağan dolu təsərrüfatlara ciddi ziyan vurub

15-05-2019, 10:32
65
Şəkiyə yağan dolu təsərrüfatlara ciddi ziyan vurub

Şəkiyə güclü dolu yağıb. Mayın 14-dən 15-nə keçən gecə ölkənin şimal-qərb rayonlarında qeyri-sabit hava şəraiti hökm sürüb. Bölgənin dağətəyi ərazilərinə qısamüddətli yağış yağıb. Qeyri-sabit hava şəraiti ən çox Şəki şəhərinin və ətraf kəndlərin ərazilərində özünü göstərib. Gecə saat 01:40 radələrində Şəki şəhəri və bir neçə dağətəyi kəndlərə 10-15 dəqiqə ərzində küləklə müşahidə edilən dolu yağıb. Yerli sakinlərin verdiyi məlumata görə, güclü dolu nəticəsində meyvə ağaclarına və tərəvəz bitkilərinə ciddi ziyan dəyib.

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti