Azərbaycanlı iqtisadçı erməni naziri SUSDURDU

15-05-2019, 13:11
96
Azərbaycanlı iqtisadçı erməni naziri SUSDURDU

İqtisadçı ekspert Qubad İbadoğlunun dünən Avropa Birliyinin Şərq Tərəfdaşlığı Proqramının 10 illiyi münasibətilə Brüsseldə təşkil olunmuş görüşdə Ermənistanın xarici işlər nazirinə verdiyi cavab auditoriyanın marağına səbəb olub.

Yeniavaz.com xəbər verir ki, bu barədə iqtisadçı ekspert Qubad İbadoğlu sosial şəbəkədə yazıb. Bildirib ki, erməni nazirin çıxışından sonra ona verilən sual və izahlı məlumat zaldakıların fikirlərinin tamam dəyişməsinə səbəb olub:

“Brüsseldə görüş və müzakirələr bu gün də davam edir. Dünən Avropa Briliyinin Şərq Tərəfdaşlığı Proqramının 10 illiyi münasibətilə Çexiya Respublikasının Belçikadakı səfirliyinin təşəbbüsü ilə təşkil olunmuş paneldə ölkəsini mələk qismində təqdim edən, son dövrdəki uğurlarından bəhs edən Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın 10 dəqiqəlik çıxışına şərhim və ona verdiyim sual zaldakı çoxsaylı auditoriyanın fikirlərinin tamam dəyişməsinə səbəb oldu.

Şərhimdə Ermənistanda demokratiyanın dayanıqlı olmayacağını əsaslandırdım və bunu arqumentləşdirmək üçün orta təbəqənin olmadığını, azad iqtisadyyatın qurulmadığını, regionda sülhun və əmin-amanlığın bərpa edilmədiyini göstərdim və nazirə sual etdim ki, Ermənistan nə zaman işğal etdiyi torpaqlardan çıxacaq?

“Mən doğulduğum, boya-başa çatdığım, uşaqlığımın, yeniyetmə dövrümün yaddaşında həkk olunan Füzuliyə getmək, atamın və qohumlarının qəbirlərini ziyarət etmək istəyirəm. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından qoşunlarını nə zaman geri çəkəcək” sualına cavab vermək istəyən xarici işlər naziri 15 dəqiqədən çox çalışdı və yenə də istəyinə nail ola bilmədi. Ermənistanın əynindən işğalçı libasını çıxara bilmədi”.

 

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti