Şirvanda “VAZ” 55 yaşlı kişini vuraraq öldürüb

16-05-2019, 23:03
42
Şirvanda “VAZ” 55 yaşlı kişini vuraraq öldürüb

Şirvan şəhərində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Hadisə Şirvan şəhəri, Şıxbalaoğlu küçəsində qeydə alınıb. Şəhər sakini Yaqubov Rauf Bəxtiyar oğlu “VAZ 2106” markalı 10 EG 568 dövlət nömrə nişanlı avtomobili idarə edərkən, həmin küçə ilə hərəkətdə olan Şirvan şəhər sakini, 1964-cü il təvəllüdlü Axundov Nazim Səftər oğlunu vurub. Piyada aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib. Faktla bağlı cinayət işi başlanıb. (Trend.az)

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti