Azərbaycanda döyülən müəllim danışdı : "O qız mənim şagirdimdir..."

23-05-2019, 16:02
228
Azərbaycanda döyülən müəllim danışdı : "O qız mənim şagirdimdir..."

"Alim müəllim məktəbimizdə döyülməyib".

BiG.AZ-ın xəbərinə görə, bunu Cəlilabad rayonu Uzuntəpə kənd 3 saylı məktəbin direktoru Elçin Heydərov döyülən müəllimlə bağlı açıqlama verərkən bildirib: "Deyilənlərin hamısı şayiədir. O, bizim məktəbimizdə ibtidai sinif müəllimidir. Amma onun döyülməsi məktəbdən kənarda baş verib. Çünki müəllim may ayının 1-dən bülletenə çıxıb. Yəni 23 gündür ki, işdə sayılmır. Bu müəllimin bugünədək hər hansı pis hərəkətini görməmişik. Bir dəfə də olsun müəllimdən şikayət gəlməyib".

Məktəb direktoru barəsində danışılan qız haqqında da məlumat verdi: "O qız bizim məktəbdə oxuyur: 9-cu sinifdə, çox qanacaqlı, tərbiyəli şagirddir. O, bizim şagirdimiz, balamızdır o. O ki qaldı məlum hadisəyə, mən öz məktəbimə cavabdehəm, burada kiməsə sataşmaq, söz atmaq deyə bir şey olmayıb". Məktəb direktoru Alim Əzizovun hazırda xəstəxanada müalicə aldığını da dedi.

Məsələ bağlı news24.az Alim Azizovun da fikrini öyrəndi: "Hazırda işi hüquq mühafizə orqanları araşdırır. Onlar bilər, mən bilərəm. Bu məsələ ilə bağlı heç bir media orqanı ilə danışmaq istəmirəm".

Qeyd edək ki, Uzuntəpə kənd 3 saylı orta məktəbin müəllimi A.Əzizov mayın 19-da kənd sakinləri tərəfindən döyülüb. Müəllimin şagirdə sataşması ilə bağlı şayiələr yayılıb. Onun döyülmə anı isə mobil telefonla lentə alınıb və kənd sakinləri arasında yayılıb. 
Faktla bağlı Cəlilabad Rayon Polis şöbəsində araşdırma davam etdirilir.

 

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti