DANX: Gücləndirilmiş iş rejimi sabaha qədər davam edəcək

29-05-2019, 13:43
241
DANX: Gücləndirilmiş iş rejimi sabaha qədər davam edəcək

UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) gücləndirilmiş iş rejimində çalışacaq.

DANX-dan ONA-ya verilən məlumata görə, ölkənin 62 avtovağzal və avtostansiyası bu gün ən sıx qrafikini yaşayır.

Bildirilib ki, ümumilikdə respublika üzrə həm beynəlxalq, həm də yerli daşımalara görə 100-ə yaxın əlavə avtobus xəttə buraxılıb: “Gücləndirilmiş iş rejimi sabaha qədər davam edəcək. “Bakı Taksi Xidməti” MMC-nin London taksiləri ilə bir qrup fiziki məhdudiyyətli azarkeşin də Olimpiya Stadionuna pulsuz daşınması təmin olunacaq”.

 

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti