Şirvanda avtomobilin vurduğu piyadalardan ikincisi də dünyasını dəyişib

1-06-2019, 11:37
196
Şirvanda avtomobilin vurduğu piyadalardan ikincisi də dünyasını dəyişib

Şirvanda avtomobilin vurduğu piyadalardan ikincisi də dünyasını dəyişib.

ONA-nın Mil-Muğan bürosunun məlumatına görə, mayın 29-da gecə saatlarında Şirvan sakinləri – 1978-ci il təvəllüdlü Çikunov Dmitri Viktoroviç və 1970-ci il təvəllüdlü Xalid Məmmədov yolu keçmək istəyərkən onları 18-BA-887 qeydiyyat nişanlı "QAZ-31" markalı minik maşını vurub.

Nəticədə ağır xəsarət alan hər iki piyada təcili tibbi yardım maşını ilə Şirvan şəhər Xəstəxanasına çatdırılıb. D. Çikunov mayın 30-da səhər saatlarında xəstəxanada dünyasını dəyişib. Yaralanan piyadalardan ikincisinin vəziyyəti ağır olduğundan Bakı şəhəri 1 saylı Kliniki Tibbi Mərkəzə göndərilib və orada özünə gəlmədən iyunun 1-də səhər saatlarında dünyasını dəyişib.

 

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti