Su kanalı partladı, 2 rayon susuz qaldı

6-06-2019, 22:26
298
Su kanalı partladı, 2 rayon susuz qaldı


Göyçayda su kanalının partlaması nəticəsində iki rayon susuz qalıb.
“Qafqazinfo” xəbər verir ki, mənbəyini Yuxarı Şirvan kanalından götürərək, Ucara gedən “R-8” adlanan su kanalı Göyçayın Çərəkə kəndi ərazisində partlayıb. Kanalın müəyyən hissəsində beton piltələr yararsız hala düşüb. Göyçay və Ucarın kəndlərinə gedən su ərazidə olan balaca tutumlu arxa tökülür.
Yerli bələdiyyədən aldığımız məlumata görə, sabah günün birinci yarısında əraziyə texnika cəlb ediləcək və kanalının bərpası üçün işlərə başlanılacaq.

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti