Zəhranı oğurlayan qadın barəsində həbs qərarı

7-06-2019, 19:29
225
Zəhranı oğurlayan qadın barəsində həbs qərarı


Bakının Sabunçu rayonunda üç yaşlı Zəhra Bağırzadənin oğurlanması faktı ilə bağlı cinayət işi açılıb.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətinin yaydığı məlumatda bildirilir.
Qeyd olunur ki, faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 144.1-ci (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanılıb.
1980-ci il təvəllüdlü Nəzərova Tərgül Şükür qızı şübhəli şəxs qismində saxlanılıb. T.Nəzərova barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, üç yaşlı Zəhra iyunun 4-də yaşadığı evin yaxınlığından itkin düşüb. Bakı Şəhər Baş Polis İdarəsi, Sabunçu Rayon Polis İdarəsi və 12-ci Polis Şöbəsi əməkdaşlarının birgə həyata keçirdikləri intensiv axtarış tədbirləri nəticəsində itkin düşmüş Z.Bağırzadə paytaxtın Nizami rayonu ərazisində tapılıb və ailəsinə təhvil verilib. Uşağın oğurlandığı məlum olub. (Oxu.az)

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti