Lənkəranda qohumunun evindən oğurluq edən yeniyetmə saxlanıldı

8-06-2019, 18:55
123
Lənkəranda qohumunun evindən oğurluq edən yeniyetmə saxlanıldı

Lənkəranda qohumunun evindən ardıcıl oğurluq edən yeniyetmə saxlanılıb.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, Lənkəran Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aldatma yolu ilə E.Nəcəfovanın mənzilinə girərək oradan 200 manat pul və mobil telefon aparmaqda şübhəli bilinən ev sahibəsinin qohumu olan bir yeniyetmə, Lənkəran şəhər sakini İ.Hacıyev, Ucar rayon sakini Ə.Həsənzadə və Xızı rayon sakini F.İlyasov saxlanılıblar.

Faktla əlaqədar cinayət işi başlanılıb.

 

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti