Kürdəmirdə piyadanı maşın vurub

12-06-2019, 00:31
34
Kürdəmirdə piyadanı maşın vurub


Kürdəmir rayonunun Şıxımlı kəndində piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
“Report”un Mərkəzi Aran bürosunun məlumatına görə, 1971-ci il təvəllüdlü yerli sakin Məmmədov Vidadi Ağamməd oğlu yolu keçmək istəyən zaman “Jiquli” markalı avtomobil tərəfindən vurulub.
Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və Reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti