Bakı-Naxçıvan reysində gecikmə – Sərnişinlər saatlardır gözləyir

12-06-2019, 00:32
239
Bakı-Naxçıvan reysində gecikmə – Sərnişinlər saatlardır gözləyir


Hazırda Bakı-Naxçıvan reysi üzrə gecikmələr müşahidə olunur.
Hava limanında olan sərnişinlər “Qafqazinfo”ya bildiriblər ki, bir neçə saatdır Naxçıvana gedə bilmirlər.
Məsələ ilə bağlı AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski “Qafqazinfo”ya açıqlamasında gecikmələrin hava şəraiti ilə əlaqədar olduğunu deyib:
“Axşam saat 8-ə işləmiş uçuşu planlaşdırılan Bakı-Naxçıvan reysi Naxçıvandakı faktiki hava şəraitinə görə saat 23:00-a təxirə salınıb. Hazırda reysdə 2 saatdan çox gecikmə var: “Hava şəraitindən asılı olaraq reysin vaxtı yenidən dəyişə bilər. Ancaq hazırkı planlaşdırmaya görə saat 23:00 nəzərdə tutulub”.

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti