Rektordan iş axtaran gənclərə məsləhət: “Mütləq “adamın” olması vacib deyil”

17-06-2019, 23:26
175
Rektordan iş axtaran gənclərə məsləhət: “Mütləq “adamın” olması vacib deyil”


Azərvaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov tələbə və gənclərə müraciət edib.
Modern.az -ın məlumatına görə, rektor iş axtaran gəclərə aşağıdakı məsləhəti verib:
“Əziz tələbələr və gənclər!
Bu gün gənclərin bir qismi arasında ən çox yayılan fikirlərdən biri də iş tapmaq üçün mütləq “adamın” olması düşüncəsidir. Bu gün Azərbaycandakı müəssisələrin bir çoxu bacarıqlı və bilikli işçi axtarır. Hər bir müəssisə rəhbərinin savadlı və bilikli işçiyə ehtiyacı var. Sadəcə ixtisası və sahəni düzgün seçmək, dil biliklərini, peşə qabiliyyətini artırmaq, üzərində ciddi işləmək və çətinliklərə dözmək lazımdır. Uğura gedən yolda zamanın və səbrin rolu böyükdür”.

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti