Qazağın Kommuna kəndində yaşanan ekoloji problemlərin həddi-hüdudu yoxdur -ŞOK FAKTLAR

8-07-2019, 11:29
100
Qazağın Kommuna kəndində yaşanan ekoloji problemlərin həddi-hüdudu yoxdur -ŞOK FAKTLAR

   Ötən ilin 11 aprel seçkisindən sonra Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev bir neçə yüksək çinli vəzifə sahiblərini  daşıdıqları vəzifələrindən uzaqlaşdırdı. Həmin şəxslərdən biri də, sabiq ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov oldu. Sözsüz ki, atılan addımlara bir çox amillərin varlığı səbəb olur ki, zamanında ölkə rəhbəri belə bir qərarını verir. Bəli, onu da unutmaq olmaz ki, sabiq nazirin dönəmində ən çox problemlərin yaşandığı sahələrdən biri də, bəlkə də lap birincisi ölkəmizin ekologiya sahəsi idi. Qeyd olunan bu sahədə hökm sürən inhisarçılıq, vəzifə sahibi olan şəxslərin gündəlik artan maraqları, yaşanan bir çox olayların varlığı və s. ekologiya sahəsini, sanki “bataqlıq burulğanı”nda boğurdu. İstər meşə təsərrüfatı sahəsində, istərsə də ətraf mühitin digər ərazilərində problemlər elə bir həddə tüğyan edirdi ki, artıq vəziyyət dözülməz həddə çatmışdı. Sevindirici hal o oldu ki, ekologiya və təbii sərvətlər naziri vəzifəsinə Muxtar Babayev təyin olunduqdan sonra, çox keçmədi ki, bu sahədə xeyli dönüş yaradıldı. Yəni, istər meşə zolaqlarının qanunsuz yollarla məhv edilməsinin, çöl heyvanlarının, çöl quşlarının hansısa maraqlar çərçivəsində ovlanmasının, istərsə də çay vadilərinin qazılıb daşınması səbəbindən ekoloji problemlərin əmələ gəlməsinin və digər qanunsuzluq hallarının qarşısı alındı. Bundan əlavə, dağ yamaclarından, çay vadilərindən və digər yerlərdən lazımi sənəd-sübut olmadan istifadə edən şəxslərə qarşı, hətta ciddi cəza tədbirləri də görüldü. Belə bir addımların atılmasına baxmayaraq, bu gün ölkəmizin elə əraziləri var ki, həmin ərazilərdə kimlərsə şəxsi maraqlarını təmin etmək üçün, düşünüb-daşındıqları addımlarını atmaqdadırlatr. Belə şəxslərdən biri də, Qazax rayonunun Kommuna  kəndində qum-çınqıl istehsalı ilə məşğul olan Azər Mərdalıyev adlı şəxsdir. Bu şəxsin fəaliyyəti ilə bağlı bir qədər araşdırmalar apararkən, o da bəlli oldu ki, Azər Mərdalıyevin rəhbərlik etdiyi müəssisədə çoxsaylı qanunsuzluqlara qol qoyulur. Tərəfimizdən bu yöndə bir qədər araşdırmalar apardıqda o da aydın oldu ki, müəssisədə çalışan işçilərlə rəhbərlik arasında heç bir əmək müqaviləsi sənədi imzalanmayıb və texniki təhlükəsizlik qaydalarının şərtlərinə də lazımınca əməl olunmur. Hətta, müəyyən çevrələrdən belə bir məlumat da əldə edə bilmişik ki, müəssisəyə aid sənədlər heç qaydasında da deyil. Bu da onu söyləməyə əsas verir ki, Azər Mərdalıyev adlı şəxsin rəhbərlik etdiyi müəssisənin fəaliyyət göstərməsi üçün heç bir hüquqi əsas yoxdur. Yəni, çay vadilərindən, dağ yamaclarından bu müəssisəyə daşınan qum və iri çınqıl daş parçaları, birbaşa ekoloji problemlər əmələ gəlməsinə səbəb olur.
  Onu da bildirək ki, əgər bu şəxsin fəaliyyəti ilə bağlı müəyyən yoxlama işləri aparılarsa, yəqin ki, o halda həddi-hüdudu bilinməyən qanunsuzluqları aşkara çıxartmaq mümkün olar. Məsələnin təəssüf və təəccüb doğuran tərəfi odur ki, bu sahəyə cavabdehlik daşıyan qurumların səlahiyyətli vəzifə sahibləri, hələ də Azər Mərdalıyevin qanunsuzluğa söykənən fəaliyyətinə göz yummaqdadırlar. Belə bir halın varlığı da, müəssisəni işlədən bu şəxsə geniş “əl-qol açmağa” imkan verir. Deyəsən Azər Mərdalıyev rəhbərlik etdiyi müəssisəni işlətməyə başladığı ilk günün ilk saatlarından, bəzi vəzifə sahibləri ilə “dil tapmağı” bacarıb ki, bu gün o, Qazax rayonunun Kommuna kəndində “kor atı minib köndələn çapır”. Əgər bu belə olmasaydı, o halda aidiyyəti qurumlar bu şəxsə qanunun “təsir gücü”nün izahını anladardılar. Deməli, ...
 Problemlərin varlığını diqqətdə saxlayacağıq. Araşdırmamız davam edəcək. Ətraflı növbəti sayımızda.

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti