"Prezidentin mənə mənzil verəcəyi günü səbrsizliklə gözləyirəm" — Rəhman Rəhmanov

8-07-2019, 15:23
22
"Prezidentin mənə mənzil verəcəyi günü səbrsizliklə gözləyirəm" — Rəhman Rəhmanov
Abdulla Şaiq adına Dövlət Kukla Teatrının aparıcı səhnə ustası, əməkdar artist Rəhman Rəhmanov mənzil problemi ilə bağlı Prezident İlham Əliyevə müraciət edib.

Sənətkar "Ölkə.Az"ın əməkdaşı ilə söhbətində bildirib ki, müraciətinə müsbət cavab veriləcəyi günü səbrsizliklə gözləyir:

"Eşitdiyimə görə cənab Prezidentə mənzillə bağlı etdiyim müraciət nəzərə alınıb. Böyük səbrsizliklə həmin günü gözləyirəm. İnanın ki, hazırda yaşadığım 15 kvadratmetrlik  yarımzirzəmidə çox əziyyət çəkirəm. Özüm də, oğlum da ikinci qrup əlilik, o biri oğlum kirayədə qalır, çatdıra bilmirəm.  Günləri sayıram ki, mənə nə vaxt ev verəcəklər. 2014-cü ildə cənab Prezidentin imzasıyla "Əməkdar artist" fəxri adına layiq görülmüşəm. 2013-2018-ci illərdə Prezident mükafatı almışam".

Rəhman Rəhmanov sənət yolu barədə danışarkən bunlrı deyib:

"1978-ci ildən Teatr Xadimləri İttifaqının üzvüyəm, "Qızıl dərviş" mükafatı laureatıyam, "Sənətkar"  medalına layiq görülmüşəm. Dəfələrlə beynəlxalq festivallarda Azərbaycanı təmsil etmişəm. Bölgələrimizi qarış-qarış, kəndbəkənd gəzərək, bizim balaca balalarımıza xidmət etmişəm, Qarabağ müharibəsinin ən qızğın vaxtlarında səngərlərimizdə çıxışlarım olub, əsgərlərimizi ruhlandırmışam. Müdafiə Nazirliyinin fəxri fərmanına layiq görülmüşəm, müharibə bölgələrindəki hərbi hissələrin batalyon komanandirlərinin imzasıyla təşəkkürnamələr almışam.  Əsas problemim mənzillə bağlıdır. İnanıram ki, Cənab Prezident mənim mənzillə bağlı xahişimi, müraciətimi də nəzərə alacaq, problemim müsbət həllini tapacaq.  Dünya miqyaslı UNİMA (Beynəlxlq Kukla Teatrları İttifaqı) təşkilatının Azərbaycandakı azsaylı üzvlərindən biriyəm.  Qırx beş ildir Abdulla Şaiq adına Dövlət Kukla Teatrının aparıcı səhnə ustasıyam. Kukla Teatrında yeganə aktyoram ki, Telefilm Yaradıcılıq Birliyi bu yaxınlarda haqqımda "Nağıllı sahillər" adlı sənədli film çəkib. Həmin filmin bu yaxınlarda premyerası oldu və Qızıl Fondda saxlanılır.  Onlarla bədii filmə, telviziya tamaşalarına çəkilmişəm. Qırx ildən yuxarıdır ki, televiziyanın ən maraqlı yumoristik verilişlərində bu günə qədər də iştirak edirəm. Çox ümid edirəm ki, bütün bunlar nəzərə alınacaq".

 

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti