Eyyub Hüseynov: “İstehlakçıların hüquqları kütləvi şəkildə pozulur”

11-07-2019, 19:05
141
Eyyub Hüseynov: “İstehlakçıların hüquqları kütləvi şəkildə pozulur”

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov istehlakçı şikayəti ilə bağlı paylaşım edib. Şikayətdə bildirilir ki, istehlakçı Elnur Hüseynov 30.03.2019 tarixində “VivaRiva” türk mebel salonundan öz evi üçün 5500 manat dəyərində yataq və qonaq otağı mebel dəsti bəyənərək, sifariş edib. Buna görə 2000 manat ilkin ödəniş edib. Əvəzində ödəmə etdiyi “çeki” aldıqdan sonra məlum olub ki, bu sənəd saxtadır, üzərində VÖEN nömrəsi yoxdur. Deyildiyi vaxtdan gec çatdırılan mebel ustalar fərəfindən açılan zaman ölçülərinin evə uyğun gəlmədiyi məlum olub.

İstehlakçı bildirir ki, onlara türk istehsalı adı ilə Bakıda hansısa sexdə hazırlanan mebellər gətirilib. İstehlakçının narazılığından sonra yataq otağı mebelini aparsalar da, qonaq otağı üçün sifariş etdiyi divan və kreslonu geri qaytaracaqlarını bildirib, lakin sonradan bundan boyun qaçırıblar. Səbəb olaraq müxtəlif bəhanələr gətirilib, qaytarmayacaqlarını və dəyişməyəcəklərini bildiriblər. Bununla bağlı 02.05.2019- cu il tarixində Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə elektron qaydada hüquqlarının pozulması haqqında müraciət ünvanlayıb. Ancaq qrum tərəfindən mebellərə baxış keçirilmədən verilən qərar istehlakçını qane etməyib.

Bizimyol.info olaraq məsələ ilə bağlı Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ilə əlaqə saxladıq. Zəngimizə cavab verən Tural Abbasov bildirdi ki, şikayətçinin məktubuna baxılıb, adı çəkilən mağaza ilə əlaqə saxlanılıb və rəsmi sənədlər əsasında qərar çıxarılaraq istehlakçının elektron ünvanına cavab göndərilib. Qərarla bağlı istehlakçının narazılığı yaranarsa, məhkəməyə şikayət edə bilər.

Mağaza sahibi Əhməd bəy isə bildirdi ki, istehlakçının sifarişi əsasında çatdırılan ölçüləri uyğun olmayan mebellər geri qaytarılıb, həmin məbləğ də qeydə alınmayıb.Satış zamanı müştərilərə məhsulun harada istehsal olunduğu barədə məlumat verilir. Elnur Hüseynova da götürdüyü mebelin Türkiyədən gətirilən xammal əsasında burada istehsal olunması barədə məlumat verildiyini deyir. Sonradan qonaq otağı mebelini müxtəlif səbəblərlə bəyənmədiyini bildirən istehlakçı tələblərində haqlı haqlı hesab eləmir.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovla əlaqə saxladıq. Bildirdi ki, müqavilədə mebelin konfuqrasiyası, hansı ölkədə istehsal olunduğu, eskiz və ölçülərinin hamısı göstərilməlidir. Onu da əlavə etdi ki, ölkə başçısının biznes qrumları üçün yaratdığı toxunulmazlıq şəraitindən bir çox hallarda sui-istifadə edirlər. İstehlakçılar kütləvi şəkildə aldadılır. Sözügedən istehlakçı haqlıdır.
Yerli istehsalın xarici istehsal adı altında satılması ilə bağlı sualımıza cavabında isə Azərbaycan brendinin yaradılmasının vacibliyini vurğuladı.

 

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti