Azərbaycan Bakıya gəlmək istəyən alman deputatına icazə vermək barəsində Merkelə rədd cavabını açıqladı.

22-08-2018, 12:29
76
Azərbaycan Bakıya gəlmək istəyən alman deputatına icazə vermək barəsində Merkelə rədd cavabını açıqladı.
Azərbaycan Xristian-Demokratik İttifaqından Almaniya Bundestaqının üzvü olan Albert Vayleri arzuolunmaz şəxslər siyahısına daxil edib və viza verməkdən imtina edib. Bu barədə Almaniyanın "Bild” nəşri yazıb.

Mənbə qeyd edir ki, bu barədə qərar yüksək səviyyədə qəbul edilib və Azərbaycanın Almaniyadakı səfiri ilə danışıqlar heç bir nəticə verməyib.
Cənubi Qafqaz ölkələri ilə əməkdaşlıq üzrə parlament qrupunun nümayəndəsi olan Vayler Angela Merkeli Cənubi Qafqaz ölkələrinə səfəri zamanı müşayiət etməli idi.

Bu məsələ ilə bağlı Azərbaycan XİN sözçüsü Hikmət Hacıyev bildirib ki, Almaniya Bundestaqının deputatı Albert Vaylerin adı Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etdiyindən bir müddət əvvəl "arzuolunmaz şəxslər" siyahısına salınıb.

"Azərbaycan qanunlarına, onun suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsi mütləqdir. Azərbaycanın mövqeyi konstruktiv xarakter daşıyır. Amma təcrübə göstərir ki, həmin şəxslər Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət və üzrxahlıq məqsədilə müraciət etdikləri təqdirdə onların adlarının "arzuolunmaz şəxslər" siyahısından çıxarılması məsələsinə baxıla bilər", - H.Hacıyev əlavə edib.скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti