Politoloq: “Ermənistanı vurmaq zamanı gəlib çatıb”

9-08-2019, 13:59
11
Politoloq: “Ermənistanı vurmaq zamanı gəlib çatıb”


Ermənilər Matagis kəndini Ağdərə şəhəri ilə birləşdirən su kanalı çəkirlər. Məqsəd işğal edilmiş Ağdam rayonunun əkin sahələrini suvarmaqdır.
“Sərsəng SES”-in rəhbəri olan Araik Arutyunyan bildirib ki, layihə Sərsəng SES-in davamı olacaq. 4 yeni su elektrik stansiyası və 2 kanal tikiləcək, ardınca beşinci SES inşa ediləcək, 10 min hektar əkin sahəsi suvarlılacaq. Layihəyə 100 milyon dollar investisiya qoyulacaq, bu Qarabağda son illərdə həyata keçirilən ən iri layihələrdən biridir. Su kanalının tikintisi sayəsində Ağdərə, Ağdam, Xocavənd rayonlarında indiyə qədər sususluqdan əkilib-becərilməyən əkin sahələrinin suvarılması problemini həll edəcək. Ermənistan bu günlərdə Qarabağa Arazboyu əraziləri birləşdirəcək yeni Qafan-Xocavənd yolunun çəkilişinə başlayacağını elan edib.
Azərbaycan tərəfi artıq onilliklər boyu diplomatic yolla, beynəlxalq səviyyədə öz hüquqlarını qorumağa çalışır. Amma ciddi bir nəticənin olduğunu demək çətindir. Ermənistan tərəfi isə bildiyini etməkdədir. Paşinyanın son çıxışından sonra Ermənistan tərəfinin Ağdamla bağlı böyük layihələrə başlamasını bəyan etməsi rəsmən müharibəyə təhrikə bənzəyir. Bizimyol.info saytına açıqlama verən politoloq Elşən Manafovun sözlərinə görə, Paşinyanın Xankəndində verdiyi “Qarabağ yoxdur, Ermənistan var” bəyanatı Ermənistanın danışıqlardan imtina etməsi anlamına gəlir.
“Paşinyan bu açıqlaması ilə ATƏT-ə və beynəlxalq birliyə öz işğalçı mövqeyni bildirdi. Bir çoxları bunu Ermənistandakı klanlararası müharibə və daxili auditoriyaya müraciətlə əlaqələndirdi. Lakin bu ilk növbədə Azərbayana olan mesajdır və bu mesajda bölgədə maraqarı olan dövlətlərin də payı var. Müəyyən dairələr bu indi Azərbaycanın hansı addımı atacağını gözləyirlər.Bu açıqlamadan sona Azərbayacanın müharibə elan etmək hüququ var. Çünki, Ermənistanın lideri Ermənistanın işğalçılıq iddiasını gizlətmədi. Bu həmin Paşinyandır ki, Qarabağın adından danışa bilməyəcəyini dəflərlə bəyan etmişdi. Amma oğlunu Qarabağda hərbi xidmətə göndərmişdi və sonda da Xankəndindən Qarabağ Ermənistanındır bəyanatını verir.Hesab edirəm ki, indiki reallıqlar kontekstində Azərbaycan təcili Rusiya ilə danışıqlara getməlidir. Rusiyanın bölgədə və Azərbaycandakı maraqları nəzərə alınmaqla müəyyən addımlar atıla bilər.Paşinyan SORO S fondunun dəstəyi ilə hakimiyytə gəlib və bu aralar bu fond maliyyə ayırmaqda tələsmir. Eyni zamanda Rusiya tərəfinin qərbyönümlü Paşinyana inamsızlığı var.İndiki şəraitdə Paşinyan Ermənistanı Rusiyanın təsirindən qurtara bilmir, eyni zamanda qərbdən ciddi maliyyə dəstəyi ala bilmir.Kreditlər ayrlımır. Çünki onların sonradan geri qaytarılması şübhəlidir Buna görə Paşinyan manevr edir. Onun elitasını Rusiya qəbul etmir.Bu mənada Azərbaycan Rusya ilə Ermənistan arasındakı bu məqamalardan istifadə etməlidir.
<img class="size-full wp-image-188410 aligncenter" src="https://www.bizimyol.info/az/wp-content/uploads/2019/08/agdam-su.jpg" alt="" width="680" height="426"/>
Ona görə təcil danışıqlara gedilməli,məqsədyönlü addımlar atılmalıdır. Ermənistanın vurulması üçün Rusiyanın razılığı olmazsa professional ordunun yaradılması istiqamətində konkret addımlar atılmalıdır.Yalnız müharibə yolu ilə biz Ermənistanı geri otuzdura bilərik. Paşinyanın bu açıqlamasından sonra Azərbaycan tərəfi məncə gözəl anlayır ki danışıqları danışqlar naminə aparmağın anlamı yoxdur. Bunu Azərbaycan prezidenti cənab İlham Əliyev də belə bəyan edib. Paşinyanın bu addımı birbaşa təxribatdr və Azərbaycanı müharibəyə dartmaq həvəsidir.
Bu addım nəyə hesablanıb? Konkret olaraq birinci ona hesablanıb ki, Paşinyanın Qarabağ klanı üzərində nəzarət imkanı yoxdur. O bundan narahat olur. O, Qarabağa öz sözünü yeridə biləcək rəhbərlər gətirmək istyir. Elə buna görə məhz Xankəndindən bəyanatlar səsləndirdi. Sosial vədləri yerinə yetirə bilməyən Paşinyan müharibə ilə bu problemləri ört- bas etmək istəyi başa düşüləndir.Vaxt qazanmaq istəyir. Rusiya ilə münasibətləri qura bilməməsi, mövcud duruma nəzarət edə bilməməsi fonunda Azərbaycanı müharibəyə sürükləmək onun maraqlarına xidmət edir. Amma Rusiya ilə danışıqların aparılması mütləqdir. 2016-cı ilin Aprel döyüşlərini xatırlayaq. Rusiya olmadan Ermənistanın hansı vəziyyətdə olmasını biz gördük.Beynəlxalq hüquq və beynəlxalq münasibətlərdə işğal altnda olan torpaqların danışıqlar yolu ilə qaytarılamsına dair yalnız bir fakt var. 1975-ci ildə İsrail Misirin Sina yarımadasını işğal etmişdi,soyuq müharibə illəri dii və ABŞ-ın təsiri ilə İsrail qoşunlarını geri çəkməli oldu. Cənubi Qafqazada ABŞ – Rusiya maraqları toqquşur və regionda hər iki tərəf üçün aysberq təsiri bağışlayan, müstəqil addım atan dövlət Azərbaycandır.Öz enerji resursları, iqtisadi potensalı ilə addım atır. Hər iki tərəf indi Azərbyacnın hansı addımlar atacağını gözləyir.
Rus NATO-suna qoşulmamaq şərti ilə Avrasiya İttifaqına qoşulmaq Azərbaycanın iş adamlarının və bütövlükdə Azərbaycanın xeyrinə işləyəcək iqtisadi faktor ola bilə. Lakin hər bir halda son söz Azərbaycan iqtidarınındır”.
İlhamə Rəsulova

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti