Avtomobil piyadanı vurub öldürdü

9-08-2019, 23:19
13
Avtomobil piyadanı vurub öldürdü
Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA -nın yerli bürosunun verdiyi məlumata görə, hadisə rayonun Yeni Həyat kəndinə gedən yolda qeydə alınıb.
Hərəkətdə olan “VAZ” markalı avtomobil yolda hərəkət edən Yeni həyat kənd sakini, təxminən 60 yaşlarında olan Hüseyn adlı kişini vurub.
Piyada hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti