Türkiyə Milli Kosmik Agentliyi Azərbaycanla əməkdaşlıq etmək niyyətindədir

10-08-2019, 09:35
11
Türkiyə Milli Kosmik Agentliyi Azərbaycanla əməkdaşlıq etmək niyyətindədir

Türkiyə Milli Kosmik Agentliyi kosmik texnologiyalar sahəsində Azərbaycanla əməkdaşlıq etmək niyyətindədir.

Trend-in məlumatına görə, bunu Agentliyin rəhbəri Sərdar Hüseyn Yıldırım deyib.

O vurğulayıb ki, Azərbaycan kosmik texnologiyalar sahəsində təcrübəyə malikdir. Eyni zamanda, Türkiyə Milli Kosmik Agentliyi Qazaxıstan və Özbəkistanla da əməkdaşlıq etmək niyyətindədir.

Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan S.H.Yıldırımı Türkiyə Milli Kosmik Agentliyinin rəhbəri vəzifəsinə təyin edib.

 

 

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti