Regiondakı mal bazarından qiymətlər: əvvəlki günlərə nisbətdə artım var - VİDEO

11-08-2019, 10:18
14
Regiondakı mal bazarından qiymətlər: əvvəlki günlərə nisbətdə artım var - VİDEO

Regiondakı mal bazarından qiymətlər: əvvəlki günlərə nisbətdə artım var - VİDEO
Qurban bayramı ilə əlaqədar regionlarda yerləşən mal bazarlarında da canlanma müşahidə olunub.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, Bərdədə hər həftənin şənbə günü təşkil edilən mal bazarında əsasən satlıq erkək qoçlar üstünlük təşkil edir. 

Bazara çıxarılan heyvanlar Bərdə ilə yanaşı, Ağdam, Ağcabədi, Beyləqan, Tərtər, Yevlax və başqa rayonlardan da gətirilir. Demək olar ki, respublikanın böyük şəhərlərindən və ən ucqar rayonlarından da burada alıcı tapmaq mümkündür. 

Əvvəlki günlərə nisbətdə qimətlərdə də artım var. Belə ki, qoç ətinin əvvəlki günlərdə bir kiloqramının qiyməti 10 manat olduğu halda, hazırda qiymət 10-15 manat arasında dəyişir.

İmişlinin heyvan bazarında da hər kəs öz cibinə uyğun olaraq qurbanlıq heyvan almaq istəyir.
Burada təkcə İmişlidən deyil, ətraf rayonlardan olan satıcılar da heyvanlarını bazara çıxarıblar.

Bazardakı qiymətlər müxtəlifdir. Məsələn, 40 kiloluq qoyununun qiyməti 320-350 manatdır. Belə olan halda təxmini olaraq ətin qiyməti 10 manata düşür.

Bu həftə İmişli və ətraf  rayonlardan olan alıcı və satıcılar üçün bayramın son bazarı oldu.

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti