Şirvan yolundakı ağır qəzada yaralananların son vəziyyəti: azyaşlının qolu amputasiya olunacaq - YENİLƏNİB

11-08-2019, 10:22
13
Şirvan yolundakı ağır qəzada yaralananların son vəziyyəti: azyaşlının qolu amputasiya olunacaq - YENİLƏNİB

Şirvan yolundakı ağır qəzada yaralananların son vəziyyəti: azyaşlının qolu amputasiya olunacaq - YENİLƏNİB
Səhiyyə Nazirliyi Kürdəmir - Şirvan yolunda baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Oxu.Az-a verilən məlumata görə, hadisə nəticəsində 19 nəfər xəsarət alıb.

Onlardan 10 nəfər Şirvan xəstəxanasına, 9 nəfər isə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

Kürdəmir MRX-dan verilən məlumata görə, qəzadan sonra xəstəxanaya 6 qadın 2 kişi, bir azyaşlı oğlan gətirilib.

Azyaşlı qolun amputasiyası diaqnozu ilə Bakıya, Travmatologiya İnstitutuna göndərilib.

Yaralı 2 kişi isə Kliniki Tİbbi Mərkəzə göndərilib.

Şirvan MRX-na isə 4 kişi və 6 qadın yerləşdirilib. Qadınların hər ikisində qapalı kəllə beyin travması olduğu etimal olunur.

Yaralıların hamısına lazımı yardım göstərilir və həkim nəzarətində saxlanılır.

07:40

Hacıqabul rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün səhər saatlarında Bakı-Qazax magistral yolunda rayonun Qarasu kəndi ərazisindən keçən hissədə qeydə alınıb. Belə ki, mikroavtobusla minik avtomobili toqquşub. 

Qəza nəticəsində Bakı şəhər sakinləri - Eyvazova Məleykə, Soltanova Tahirə, Eyvazova Cəmilə, Əliyev Zaur, Rzazadə Qalib, Rzazadə Həmid, Rzazadə Gülzar, Eyvazov Natiq, Rəcəbli Meyranisə və Rzazadə Fatimə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralananlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar. 

Faktla bağlı araşdırma aparılır.

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti