Bakıda sərnişin avtobusunun vurduğu piyada xəstəxanada ölüb - YENİLƏNİB

12-08-2019, 23:55
15
Bakıda sərnişin avtobusunun vurduğu piyada xəstəxanada ölüb - YENİLƏNİB

Bakının Sabunçu rayonunda avtobusun vurduğu piyada dünyasını dəyişib.

APA-nın məlumatına görə, Əmir Bağırov küçəsində 204 saylı xətt marşrutu üzrə hərəkət edən sərnişin avtobusunun vurduğu 17 yaşlı Fatimə Vəliyeva həkimlərin səyinə baxmayaraq, bu gün müalicə olunduğu 3 saylı Şəhər Klinik Xəstəxanasında keçinib.

Faktla bağlı cinayət işi başlanılıb.

***

11 avqust, saat 01:30

Bakının Sabunçu rayonunda avtobus piyadanı vurub.

APA xəbər verir ki, hadisə Əmir Bağırov küçəsində baş verib.

204 saylı xətt marşrutu üzrə hərəkət edən sərnişin avtobusu yol kənarında dayanan 17 yaşlı Fatimə Vəliyevanı vuraraq ona ağır xəsarət yetirib. Yaralı ağır vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti