Samuxda hovuza düşən uşaq son anda xilas edilib, vəziyyəti ağırdır

13-08-2019, 00:14
15
Samuxda hovuza düşən uşaq son anda xilas edilib, vəziyyəti ağırdır

Samux rayonunda bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Sərkar kəndində qeydə alınıb.

2014-cü il təvəllüdlü Zeyid Həsənli ağır vəziyyətdə xəstəxanaya gətirilib. Onun həyətlərindəki hovuza düşərək boğulduğu deyilir. Azyaşlı hazırda özəl xəstəxanaların birinə yerləşdirilib.

Samux Rayon Polis Şöbəsində hadisənin təfərrüatları araşdırılır.

 

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti