Bu il 74 Azərbaycan vətəndaşı Rusiyanın ali hərbi məktəblərinə qəbul olunacaq

15-08-2019, 11:14
18
Bu il 74 Azərbaycan vətəndaşı Rusiyanın ali hərbi məktəblərinə qəbul olunacaq

“Bu gün Rusiyanın ali hərbi məktəblərində təmənnasız olaraq 132 Azərbaycan hərbçisi təhsil alır. Yeni dərs ilində isə daha 74 Azərbaycan vətəndaşı Rusiyanın ali hərbi təhsil müəssisələrinə təmənnasız əsaslarla qəbul olunacaq”. 

APA-nın xəbərinə görə, bunu Azərbaycanda səfərdə olan Rusiya Müdafiə nazirinin müavini Ruslan Tsalikov Azərbaycan Müdafiə nazirinin müavini Kərim Vəliyevlə görüş zamanı deyib. 

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, son 12 ildə Rusiyada 300-dən çox azərbaycanlı mütəxəssis hazırlanıb. Onlar hazırda Azərbaycan Silahlı Qüvvələrində xidmət edirlər.

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti