“Quşqara” bölgənin “ulduzuna çevrilib”

7-09-2019, 22:18
74
 “Quşqara” bölgənin “ulduzuna çevrilib”

   Göy-Göl şəhər ərazisinə daxil olan hissəsində, daha dəqiq desək Gəncə magistral yolun sol hissəsində fəaliyyət göstərən “Quşqara” istirahət mərkəzində qol qoyulan çoxsaylı qanunsuzluqların, hər cür özbaşınalıqların və s-rin, bu gün də həddi-hüdudu bilinmir. Bəlkə də, xəbər portalımızın çoxsaylı oxucuları qeyd olunan ünvanda gündəlik baş verən iyrənc addımlar haqda xəbərdar olmadıqlarından, bu gün  yaşananlarla bağlı lazımınca məlumata malik deyillər. Onu da bildirək ki, qeyd olunan ünvanda yaşanan iyrənc addımların varlığı ilə bağlı məlumatları redaksiyamıza çatdıran mənbənin, hətta ətraf ərazilərdə yaşayan bəzi sakinlərin iddialarına görə, “Quşqara” istirahət mərkəzinin qorxusuz-təhlükəsiz fəaliyyət göstərməsinə əsas səbəb, məhz obyekt sahibinin yüksək çinli vəzifə sahibləri ilə sıx bağlılığının olmasıdır.
  Düzdür, hal-hazırda Göy-Göl şəhəri ərazisində bir neçə “istirahət mərkəzləri”, neçə-neçə əxlaqsızlıq ünvanları olsa da, onların içərisində “Quşqara” istirahət mərkəzinin adı daha çox məşhurdur. Çünki, bu ünvanda hər günün axşam saatlarında xeyli sayda “müştəri” qəbul olunur və xalqımıza məxsus əxlaqımız, milli-mənəvi dəyərlərimiz, tarixlər boyu yaşadılan və bu günümüzə qədər gəlib çıxan adət-ənənələrimiz və s. bilərəkdən tapdaqlar altına atılır. Bütün bunların kökündə isə, adı çəkilən ünvanda yaş həddindən asılı olmayaraq qadınların cinsi istismarının həyata keçirilməsi üçün lazımi şəraitin olmasıdır. Çatdırılan məlumatlara görə, “Quşqara” istirahət mərkəzi ikimərtəbəlidir və obyektin üst mərtəbəsində “müştərilər”in  “tanışlığı” həyata keçirilir. Alt mərtəbədə isə “müştərilər”ə zəif otaqlar verilir. Üst mərtəbədəki otaqlarda lazımi şərait olduğundan, qiymətlər “kəllə-çarxa çıxır”. Yəni, otaqların qiyməti təqribən 30-50 manat civarında dəyişir. Onu da unutmaq olmaz ki, “Quşqara” istirahət mərkəzinə üz tutmaq, bu ünvanda geninə-boluna “istirahət etmək” hər kişiyə nəsib olmur. Çünki, bu ünvana gətirilən “huri-mələklər” 18-35 yaş həddində olurlar ki, onların da ləzzətini “yağlı vəzifə” sahibi olanlar, rəsmi sənədlərə bir imza atmaqla büdcə vəsaitini tarmar edənlər və s. kimi şəxslər görürlər. Bir anlığı diqqət yetirək ki, “Quşqara” istirahət mərkəzi təhlükəsizlik baxımından da tam təmin olunub. Yəni, bu ünvana daxil olan müştərilərə bir kimsə “qaşın üstə qara var” deyə bilmir. Belə bir səbəblər üzündən də, bu “istirahət mərkəzi”nə Göy-Göl şəhəri ilə bərabər, ətraf ərazilərdən də çoxlu sayda müştəri axını davam edir.
 
  Daha xoşagəlməz hallardan biri də, qeyd olunan ünvanda gigiyenik qaydaların şərtlərinə lazımınca əməl olunmaması, vergidən yayınma hallarına yol verilməsi, əmək intizamının tələblərinin mütəmadi pozulması, obyektdə çalışan işçilərin sağlamlıq durumlarının varlığı haqda müəyyən şübhələrin baş qaldırması, hətta həmin ünvana üz tutan şəxslərin az sonra bəzi xəstəliklərə düçar olmaları haqda müəyyən çevrələrdə söz-söhbətlərin dolaşmasıdir. Belə bir amillərin varlığı səbəbindən, “Quşqara” istirahət mərkəzində hər cür qanunsuzluğa, iyrənc addımlara qol qoyulması, sanki adi məişət məsələsinə çevrilib.
   Onu da bildirək ki, bu “istirahət mərkəzi”ndən bir qədər aralı məsafədə çoxsaylı sadə sakinlər yaşayırlar ki, yaşanan olaylar sakinlər arasında kütləvi narazılıq hissinin baş qaldırmasına da səbəb olur. Belə bir səbəblər üzündən də, bugünə kimi neçə-neçə sakinlər redaksiyamızla əlaqə saxlayıb, qeyd olunan ünvanda yaşanan hoqqaların varlığına kəskin narazılıqlarını da ifadə ediblər. Yəni, onlar vurğulayıblar ki, “obyekt rəhbərliyi gündəlik xalqımıza məxsus əxlaqımızın, milli-mənəvi dəyərlərimizin tapdaqlar altına atılmasına şərait yaradır”. Yəni, bu gün “Quşqara” istirahət mərkəzinin rəhbərliyini heç də xalqımıza məxsus problemlər, ümumi yaşam tərzi, gənclərin pis yollara düşmələri, qeyd olan ünvanda minbir keçici xəstəliyin olub-olmaması deyil, yalnız daha çox var-dövlət əldə etmək düşündürür. Belə bir səbəblər üzündən də, hələ ötən illər ərzində “Quşqara” istirahət mərkəzində qol qoyulan və bənzəri olmayan çoxsaylı biabırçılıqlarla bağlı, ayrı-ayrı mətbu orqanlarda silsilə tənqidi açıqlamalar da dərc olunmuşdu. Təəssüf hissi ilə qeyd edək ki, adı çəkilən bu ünvanla bağlı hüquq-mühafizə orqanı əməkdaşları zamanında lazımi ciddi tədbirlər görmədiklərindən, hal-hazırda bu ünvana üz tutan, yaxud da ora gətirilən “xanımlar”ın sayı çoxalır, baş verən iyrəncliklərin əhatə dairəsi isə genişlənməkdə davam edir. Yəni, bu ünvanda alan kim, satan kim! Bax budur “Quşqara” istirahət mərkəzində yaşanan ab-havanın, atılan addımların varlığı!. İndi gəlin birlikdə yaşananları müzakirə edək və gəldiyimiz qənaəti birbirimizlə bölüşək. Görəsən səbəb nədir ki, “istirahət mərkəzi” adı altında bu ünvanda qadınların cinsi istismarı həyata keçirilir, hüquq-mühafizə orqanı əməkdaşları isə, baş verənlərə bu gün də göz yummaqda davam edirlər.    
      Bəli, ötən illər ərzində cəmiyyətimizin müəyyən mənada deqradasiyaya uğradılmasında, gənclərimizin minbir xəstəliyin daşıyıcısına çevirilməsində, əxlaqımızın, mənəviyyatımızın korlanmasında, azyaşlıların tərbiyəsinin pozulmasında və s. adı çəkilən bu ünvanın da müstəsna rolu olub. Baxmayaraq ki, belə bir ünvanların fəaliyyət göstərmələrinə qarşı ayrı-ayrı illəri əhatə edən, yəni qadınların cinsi istismarı və cinsi istismarına şəraitin yaradılmasının qarşısının alınması məqsədilə “Milli Fəaliyyət Planı”nın təsdiq olunub. Yəni, ölkə rəhbəri cənab İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq müvafiq sərəncam imzalayıb. Sərəncamda insan alverinə qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin olunması, normativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi, dövlət orqanlarının qarşılıqlı fəaliyyətində səmərəliliyin artırılması və Azərbaycan Respublikasının bu sahədə üzərinə düşən beynəlxalq öhdəliklərin icrasının təmin edilməsi nəzərdə tutulur. Həmçinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi bu Sərəncamla təsdiq edilmiş “Milli Fəaliyyət Planı”nda nəzərdə tutulan tədbirlərin aidiyyəti icra hakimiyyəti orqanları ilə birlikdə yerinə yetirməsi, Nazirlər Kabinetinin isə, Sərəncamdan irəli gələn məsələləri həll etməsi qeyd olunur.  
 Bütün bunlar qəbul olunmuş sənəddə öz əksini tapsa da, nədənsə “Quşqara” istirahət mərkəzinin rəhbərliyi və əraziyə cavabdehlik daşıyan hüquq-mühafizə orqanı əməkdaşlarının əməllərində, bu Sərəncamdan irəli gələn tələblərə əməl olunmadığı açıq-aşkar görünür. O halda sual oluna bilər ki, ortada ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən imzalanmış Sərəncam və sərəncamdan irəli gələn tələblər olsa da, bəs səbəb nədir ki, sərəncamdan irəli gələn tələblərə heç bir halda əməl olunmur?. Axı hər kəs qanuna, onun aliliyinə hörmət etməli, necə deyərlər şərəfli vətəndaş borcunu yerinə yetirməlidir.
P.S. Onu da bildirək ki, dünən günün müxtəlif saatlarında tanıdığımız “azyaşlı xanımlar”dan iki nəfəri ilə əlaqə saxladıqda, onların verdikləri cavab o oldu ki, “biz “Quşqara”dayık və neçə saatdır “istirahət edirik” dedikdə, sanki şoka düşdük. Çünki, hər iki “xanım”ın günün müxtəlif saatlarında verdikləri cavablar onu təsdiq etməyə əsas verir ki, sanki onlar “Quşqara”ın ştat üzrə əməkdaşlarıdırlar. Həmin “xanımlar”ın telefon danışıqları və adı çəkilən obyektlə bağlı bizdə elə çəkilişlər var ki, onların ictimailəşdirilməsi üçün bir neçə günə ehtiyac duyulur.
    Hörmətli oxucular! Diqqətinizə onu da çatdırmaq istəyirik ki, çox yaxın vaxtlarda “Quşqara” istirahət mərkəzi adı ilə tanınan bu “istirahət mərkəzi”nin konkret hansı vəzifə sahibinə məxsus olmasını da açıqlayacağıq. Bu yöndə araşdırmamız davam edir. Odur ki, bizi izləməyi unutmayın.
  Problemlərin varlığını diqqətdə saxlayacağıq.

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti