Sabah yağış yağacaq

8-09-2019, 13:07
12
Sabah yağış yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departametindən APA-ya verilən məlumata görə, gündüz yarımadanın bəzi yerlərində qısamüddətli  yağış yağacağı ehtimalı var.

Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturu  gecə 16-19° isti, gündüz  22-26° isti, Bakıda gecə 16-18° isti, gündüz  23-25°  isti  təşkil edəcək.

Atmosfer  təzyiqi 765  mm civə sütunu təşkil edəcək.  Nisbi rütubət 70-80% olacaq.  

Sentyabrın 9-da Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək  çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə  14-18° isti, gündüz  23-28° isti, dağlarda gecə 6-11° isti, gündüz  13-17° isti təşkil edəcək.

 

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti