Gorançay daşıb, tiklilərə, obyektlərə ziyan dəyib, nəqliyyatın hərəkətində problem yaranıb

8-09-2019, 13:13
5
Gorançay daşıb, tiklilərə, obyektlərə ziyan dəyib, nəqliyyatın hərəkətində problem yaranıb

Axşamdan yağan yağışlar Goranboy rayonunda Gorançayın daşmasına səbəb olub

APA-nın Mingəçevir bürosunun məlumatına görə, məcrasından çıxan Gorançay sahil ərazilərdə bir sıra fəsadlar yaradıb, tiklilərə, obyektlərə ziyan dəyib.

Xüsusən Goran qəsəbəsi ərazisində sel suları maşın təmiri sexinə, ticarət obyektlərinə, nəqliyyat körpüsü ətrafına dolaraq obyektlərin fəaliyyətinə, nəqliyyatın hərəkətinə ciddi problemlər yaradıb.

Qəsəbə ərazisində elektrik enerjisinin verilişində də fasilələr yaranıb.

скачать dle 10.6фильмы бесплатно
Xəbər lenti